Pres reliz

FAB Şirkətlər Qrupu Rusiya bazarına genişmiqyaslı ixraca hazırlaşır

calendar-icon

15 sentyabr

img
  • img

FAB Şirkətlər Qrupu Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “MosBuild 2025” beynəlxalq tikinti və inşaat materialları sərgisi çərçivəsində mühüm əməkdaşlığa imza atıb.

Şirkət nümayəndələri ilə Rusiya bazarında fəaliyyət göstərən aparıcı distribütorlar arasında inşaat məhsullarının ixracına dair memorandum imzalanıb. Bu anlaşma çərçivəsində FAB Şirkətlər Qrupu Rusiya bazarında inşaat materiallarının satışını genişləndirməyi və yeni tərəfdaşlarla əlaqələri gücləndirməyi hədəfləyir. Əməkdaşlığın əsas istiqamətləri inşaat məhsullarının ixrac potensialının artırılması, Rusiya bazarında satış şəbəkəsinin genişləndirilməsindən ibarətdir. “MosBuild 2025” sərgisində 17 sektor üzrə 1300-dən çox brend iştirak edir.

Şirkətimiz bu nüfuzlu tədbirdə “FAB Boya”, “Hill Fan” plastik məhsulları və “Neotek” elektrik kabelləri brendləri ilə təmsil olunur. Sərgi 01.04.2025-04.04.2025-cü il  tarixləri arasında davam edib.

Digər press yazıları

FAB məhsulları “Turkeybuild 2025” inşaat sərgisində maraqla qarşılandı

16.04.2025

FAB Şirkətlər Qrupu Türkiyəyə dəstək olub

13.03.2023

“FAB Boya və Kimya Sənayesi” MMC ölkə başçısına təşəkkür məktubu ünvanladı

29.03.2020

FAB Şirkətlər Qrupu Koronaviriusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

24.03.2020