Pres reliz
FAB Şirkətlər Qrupu Koronaviriusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb
15 sentyabr
“FAB Boya və Kimya Sənayesi”MMC könüllülük və korporativ sosial məsuliyyət prinsipləri əsasında COVİD-19 pandemiyasına qarşı mübarizə çağırışına qoşularaq həmrəyliyini nümayiş etdirib. Şirkətimiz Azərbaycan prezidenti, Cənab İlham Əliyevin ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaratdığı Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fondunun hesabına 50 min manat məbləğində vəsait köçürüb. İnanırıq ki, Azərbaycan dövlətinin təxirəsalınmaz qabaqlayıcı tədbirləri sayəsində dünyanı ağuşuna alan virusun ölkəmizdə yayılmasının qarşısı alınacaq.