Xəbərlər
Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel İbrahim Ahmed və səfirliyin bir qrup əməkdaşı “FAB Boya və Kimya Sənayesi” MMC-də
20.09.2019
19.09.2019 - cu il tarixində Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel İbrahim Ahmed və səfirliyin bir qrup əməkdaşı “FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Qonaqları şirkətimizin təsisçisi Anar Əliyev və baş direktor Kənan Məhərrəmov qarşıladılar. Görüş xoş əhval-ruhiyyədə keçdi. Qonaqlara “FAB Boya”nın fəaliyyəti, innovativ istehsal sahələri və yeniliklər haqqında ətraflı məlumat verildı.Qonaq səmimi görüşə görə şirkət rəhbətliyinə məmnunluğunu ifadə etdi.