Xəbərlər
Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA" şirkətinin qonağıdır
13.02.2017
13.02.2017-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, aparıcı, Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA vəKimya Sənayesi" MMC-nin qonağı olmuşdur. Səmimiyyət və dostluq atmosferində baş tutan görüş zamanı şirkətimizin Baş Direktoru Kənan Məhərrəmov qonağı fabrikimizin istehsalat prosesləri, son yenilikləri, məhsul çeşidləri, habelə "FAB Akademiyası"-nda fəaliyyət göstərən keyfiyyətə nəzarət laboratoriyaları ilə yaxından tanış etmişdir.
Hörmətli qonağa "FAB BOYA" adından şəxsi və işgüzar həyatında uğurlar arzulayırıq.