Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Fab Boya və Kimya Sənayesi MMC-nin qonağı oldu.

calendar-icon

09.09.2017

img
  • img
  • img
  • img

09.09.2017-ci il tarixdə nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Fab Boya və Kimya Sənayesi MMC-nin qonağı oldu. Şirkətimizin Baş direktoru Kənan Məhərrəmov qonağı FAB BOYA-nın fabrikləri, o cümlədən "HILLFAN" boru və plastik məhsulların istehsalı fabriki, keyfiyyətə nəzarət laboratoriyaları, hazır məhsulun depolanması və saxlanılması prosesləri ilə tanış etdi. Onu da qeyd edək ki, Baba müəllim eyni zamanda Fab Boyalarının təşkil etdiyi şeir müsabiqəsinin münsiflərindən biridir. Hazırda münsiflər tərəfindən müsabiqənin finalçıları müəyyənləşdirilir, yaxın günlərdə ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək və təltifetmə mərasimi keçiriləcək.

Fab Boya və Kimya Sənayesi MMC-nin kollektivi adından Baba müəllimə təşəkkürümüzü bildirir, ona can sağlığı, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.

Digər xəbər yazıları

other-news card img

I Respublika Rəng Festivalının möhtəşəm finalı.

11.06.2017

other-news card img

FAB BOYA da Novruz Şənliyi

15.03.2017

other-news card img

Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA" şirkətinin qonağıdır

13.02.2017

other-news card img

“FAB Boya” kollektivi şəhidlər xiyabanını ziyarət edib

20.01.2017