Xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və “Rüzgar” Ekoloji İctimai Birliyinin bir qrup əməkdaşı “FAB Boya” da
24.10.2019
24.10.2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və “Rüzgar” Ekoloji İctimai Birliyinin bir qrup əməkdaşı “FAB Boya və Kimya Sənayesi” MMC-də texniki ekskursiyada oldular. Şirkətimizin baş direktoru Kənan Məhərrəmov nümayəndə heyətini boya məhsullarının hazırlanma prosesi, keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə tanış etdi, istehsal sahələrimiz və tətbiq edilən yeniliklər haqqında məlumatlar verdi. Qonaqları maraqlandıran sualları cavablandırdı.