Xəbərlər
                        “FAB” Şirkətlər Qrupu ənənəvi xeyriyyə aksiyasını davam etdirir
                        
                    
                    20.05.2020
FAB Boya ənənəsinə sadiq qalaraq Ramazan bayramı ərəfəsində də xeyriyyə aksiyasını davam etdirib. Şirkətimiz tərəfindən 19.05.2020- ci il tarixində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron və Binəqədi Rayon Bölmələrinin üzvləri, Binəqədi Bələdiyyəsinin qeydiyyatında olan sakinlər olmaqla, ümumilikdə 390 aztəminatlı ailəyə ət məhsulu paylanılıb.
 
                     
                     
                                 
                                 
                                