Xəbərlər
8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirildi
08.03.2024
08.03.2024-cü il tarixində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “FAB” Şirkətlər Qrupunun xanım əməkdaşları üçün tədbir təşkil olunub. Tədbirdə Azərbaycan qadınlarının ölkəmizin ictimai, sosial-iqtisadi, mədəni sahələrdə fəal iştirakından söhbət açıldı. Daha sonra şirkət rəhbərliyi adından xanım əməkdaşlarına hədiyyələr təqdim olundu. Tədbir konsert proqramı ilə davam etdi.