Xəbərlər
                        FAB 23 il sizinlə
                        
                    
                    24.04.2024
2001-ci ildə həyatın hər anına rəng qatmaq üçün yola çıxdıq. Ölkəmizin iqtisadi inkişafına, insanların sosial rifahının dirçəldilməsinə təkan verən layihələrin təşkilatçısı və iştirakçısı olduq. Rəqabətə davamlı məhsul və xidmət anlayışımızla bu gün inşaat sektorunun qabaqcıl şirkətlərindən biri kimi tanınmağın sevincini yaşayırıq. Beynəlxalq təcrübəni izləyir, araşdırır, yenilikləri tətbiq edirik. Gərgin zəhmət, güclü iradə və əzmlə uğur pillələrinə inamla adımlayır, günbəgün böyüyürük. Bu yolda bizimlə birlikdə olduğunuz, bizi seçdiyiniz üçün təşəkkür edirik.