Xəbərlər
FAB Şirkətlər Qrupu aztəminatlı ailələrə yardım edib
26.12.2025
FAB Şirkətlər Qrupu xeyriyyə aksiyasına davam edir. Şirkətimiz tərəfindən 31.10.2025, 28.11.2025 və 25.12.2025-ci il tarixlərində Qarabağ Qaziləri İctimai Birliyinin, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron və Binəqədi Rayon Bölmələrinin üzvlərinə, Mərdəkan qəsəbəsində yerləşən “Qocalar evi”nin sakinləri olmaqla, ümumilikdə 1700-ə yaxın aztəminatlı ailəyə ət məhsulu paylanılıb.