Xəbərlər
KASPİ LİSEYİNİN XƏTAİ FİLİALININ ŞAGİRDLƏRİ “FAB”DA
10.12.2025
10.12.2025-ci il tarixindəKaspi liseyinin Xətai filialının doqquzuncu sinif şagirdi üçün FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində ekskursiya təşkil edildi. Şagirdlər şirkətimizin istehsal sahələri ilə tanış oldular. Məhsulların hazırlanma prosesini yaxından izlədilər. Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr haqqında məlumatlar verildi.Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya çay süfrəsi arxasında xoş əhvali-ruhiyyədə başa çatdı.