Xəbərlər
FAB Futbol Çempionatı 2025 başa çatdı
27.05.2025
26.05.2025-ci il tarixində “FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Səfər Əliyevin xatirəsinə həsr olunmuş yeddinci daxili futbol çempionatının final oyunu və bağlanış mərasimi keçirildi. FAB İdman Arenasında keçirilən final oyunu futbol həvəskarlarına gərgin və həyəcanlı anlar yaşatdı. Qalib adı uğrunda “FAB Boya” və “OMİD Mega” komandaları üz-üzə gəldi. Yüksək komanda ruhu, əzm nümayiş etdirən “OMİD Mega” rəqibini 5:1 hesabı ilə məğlub edərək FAB Futbol Çempionatı 2025-in qalibi oldu. Beləliklə, FAB Boya 2-ci, HILL FAN komandası isə 3-cü yerin sahibi oldu.