FAB Futbol Çempionatı 2025 başa çatdı

calendar-icon

27.05.2025

img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img

26.05.2025-ci il tarixində “FAB Boya və Kimya Sənayesi”

MMC-nin təsisçisi Səfər Əliyevin xatirəsinə həsr olunmuş yeddinci daxili futbolçempionatının bağlanış mərasimi keçirildi. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. İlk üçlükdə yer alan komandalar meydançaya dəvət edilərək medallarla təltif olundu. Oyunları yüksək dərəcədə idarə etdiklərinə

görə hakimlər diplomlarla, çempionat zamanı fərqlənmiş oyunçular isə “Ən yaxşı hücumçu”, “Ən yaxşı müdafiəçi” və “Ən yaxşı qapıçı” nominasiyasiyalarında kuboklarla təltifləndiriliblər.

Çempionatın ən həyəcanlı anlarından biri isə “FAB” Şirkətlər Qrupunun təsisçisiMüşfiq Əliyevin “OMİD Mega” komandasına qalib kubokunu təqdim etməsi oldu. Bu anlar həm sevinc, həm də qürur dolu hisslərlə yadda qaldı.

Gecə musiqili proqramla davam etdi. Sevilən sənətçilərElnarə Xəlilova, Mətanət İskəndərli, Sədəf Budaqova, Leyla Rəhimova, Lalə

İbrahimova və Məbud Əhmədov səhnəyə çıxaraq iştirakçılara və tamaşaçılaraunudulmaz anlar yaşatdılar. Bu çempionat təkcə idman yarışı deyil, həm də əməkdaşlar

arasında birlik, motivasiya və şirkət dəyərlərinin yaşadılması baxımından əhəmiyyətlibir tədbir kimi yadda qaldı.

Digər xəbər yazıları

other-news card img

I Respublika Rəng Festivalının möhtəşəm finalı.

11.06.2017

other-news card img

FAB BOYA da Novruz Şənliyi

15.03.2017

other-news card img

Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA" şirkətinin qonağıdır

13.02.2017

other-news card img

“FAB Boya” kollektivi şəhidlər xiyabanını ziyarət edib

20.01.2017