Xəbərlər
Dünya Məktəbinin şagirdləri FAB Şirkətlər Qrupunda
11.06.2025
11.06.2025-ci il tarixində Xəzər Universiteti Dünya Məktəbinin yeddinci sinif şagirdlərindən ibarət növbəti qrupu üçün FAB Şirkətlər Qrupunun istehsal müəssisələrinə ekskursiya təşkil olundu. Məktəblilər şirkətimizin istehsal sahələrini gəzdilər. Məhsulların hazırlanma prosesini izlədilər. Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə bağlı məlumatlar verildi. Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi.