Xəbərlər
FAB ŞİRKƏTLƏR QRUPUNUN ƏMƏKDAŞLARI FƏXRİ XİYABANI ZİYARƏT EDİBLƏR
10.05.2025
10 may 2025-ci il tarixində şirkətimizin təsisçilərindən Anar Əliyev və bir qrup əməkdaş Fəxri xiyabanda olublar. Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin hörmətlə yad edilib, məzarı önünə əklil və tər güllər qoyulub. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub. Qəbirüstü abidəsi önünə tər güllər düzülüb.