Xəbərlər
İdrak liseynin şagirdləri FAB Boyada
02.05.2025
02.05.2025-c il tarixində İdrak liseynin bir qrup şagirdi FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində oldular. Ekskursiya zamanı şagirdlər şirkətimizin fabriklərini gəzdilər. İstehsal sahələrində tətbiq olunan texnologiyalarla yaxından tanış oldular, məhsulların hazırlanma mərhələlərini və laboratoriyalarda aparılan keyfiyyətə nəzarət proseslərini izlədilər Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya çay süfrəsi arxasında xoş əhvali-ruhiyyədə başa çatdı.