Xəbərlər
Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri FAB istehsal müəssələrində
30.04.2025
30.04.2025-ci il tarixində Xəzər Universiteti Dünya Məktəbinin bir qrup yeddinci sinif şagirdi üçün FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində ekskursiya təşkil edildi. Şagirdlər şirkətimizin istehsal sahələri ilə tanış oldular. Məhsulların hazırlanma prosesini yaxından izlədilər. Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr haqqında məlumatlar verildi.Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya çay süfrəsi arxasında xoş əhvali-ruhiyyədə başa çatdı.