Xəbərlər
Kaspi liseynin şagirdləri FAB Boyada
22.01.2025
22.01.2025-ci il tarixində Kaspi liseynin bir qrup 9-cu sinif şagirdi FAB Şirkətlər Qrupunda oldu. Şagirdlər şirkətimizin istehsal müəssisələri və FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə tanış oldular. Məhsulların hazırlanma prosesini izlədilər. Boya emalatxanasında rəng çeşidliliyi sınağını icra etdilər. Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi.