Xəbərlər
FAB Şirkətlər Qrupu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib
24.12.2024
23.12.2024-cü il tarixində FAB Şirkətlər Qrupu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ tədbir keçirib. Şirkətimizin təsisçisi Anar Əliyev açılış nitqində 2024-cü ildə əldə olunan uğurlardan, yeni hədəflərdən söz açdı. Böyük uğurlar üçün birlik və əməkdaşlığın vacibliyini vurğuladı.
Rəsmi hissədən sonra loteraya oyunu keçirildi. Qalib olmuş 3 nəfər əməkdaşa 500 AZN dəyərində hədiyyə kuponu təqdim olundu. Tədbir tanınmış müğənnilərin sevilən musiqilərinin sədaları altında xoş əhvali-ruhiyyədə başa çatdı.