Xəbərlər
FAB Şirkətlər Qrupunda qanvermə aksiyası keçirilib
10.09.2024
10.09.2024-cü il tarixində FAB Şirkətlər Qrupunda korporativ sosial məsulliyyət layihəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı ilə birgə qanvermə aksiyası təşkil olunub. Talassemiyalı xəstələrə dəstək məqsədilə keçirilən aksiyada şirkətin 100-dən çox əməkdaşı könüllü şəkildə iştirak edib.