Yay məktəbi şagirdləri üçün təşkil olunan ekskursiya həftəsi başa çatdı

calendar-icon

23.07.2024

img
  • img
  • img
  • img
  • img

23.07.2024-cü il tarixində "Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi" MMC-nin nəzdindəki Yay məktəbi şagirdlərindən ibarət sonuncu qrup FAB Şirkətlər Qrupunda olub. İştirakçılar şirkətimizin istehsal sahələrini gəzdilər. Məhsulların hazırlanma prosesini izlədilər. FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə tanış oldular. Şagirdlər FAB Akademiyasının birinci korpusunda qurulmuş Boya emalatxanasında rəng çeşidliliyi sınağını icra etdilər. Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi.Bununla da "Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi" MMC-nin nəzdindəki Yay məktəbi şagirdləri üçün şirkətimizin təşkil etdiyi ekskursiya həftəsi başa çatdı.

Digər xəbər yazıları

other-news card img

I Respublika Rəng Festivalının möhtəşəm finalı.

11.06.2017

other-news card img

FAB BOYA da Novruz Şənliyi

15.03.2017

other-news card img

Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA" şirkətinin qonağıdır

13.02.2017

other-news card img

“FAB Boya” kollektivi şəhidlər xiyabanını ziyarət edib

20.01.2017