Xəbərlər
17.10.2015
Cari ilin aprel ayında şirkətimiz Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-müəllim heyətindən bir qrup üzvləri üçün tanıtım-seminar layihəsini reallaşdırdı. Ənənmizə sadiq qalaraq, 2015-ci ilin oktyabr ayında bir daha Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup nümayəndəsi üçün seminar proqramı təşkil etdik. Layihəyə ADİU-nun "Karyera" mərkəzinin əməkdaşı Amil Həsənov, universitetin Texnologiya və Dizayn fakültəsinin Dizayn kafedrasının müdiri Lalə Məmmədova, Marketinq kafedrasının dosenti Leyla Hacıyeva, Marketinq və Kommunikasiya departamentinin əməkdaşı Məmmədov Ramil, habelə ADİU-nun Texnologiya və Dizayn, Biznes, Kommersiya, Marketinq, Əmtəəşünaslıq, Beynəlxalq İqtisadi Münasibətlər, Standartlaşdırılma və Sertifikat fakültələrindən bir qrup tələbə də qatıldı. Öz növbəmizdə, "FAB Boya və Kimya Sənayesi" MMC adından ADİU-nun tələbə və əməkdaş heyətinə şəxsi həyatlarında, təhsillərində və işlərində müvəffəqiyyətlər arzulayırıq. Gələn görüşlərədək...