İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ÜÇÜN FORUM

calendar-icon

06.03.2016

img
  • img
  • img
  • img

3 mart 2016-cı ildə "FAB Boya və Kimya Sənayesi" MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitinin ilə forum keçirdi. Forumda İqtisad Universitetinin "Biznesin İdarə Edilməsi" fakultəsinin I-II-III-IV kurs tələbələri,o cümlədən, universitetdə təhsil alan əcnəbi tələbələr də iştirak etdilər. Forumu giriş sözü ilə açan şirkətin Kadrlarla İş üzrə direktor müavini Ağarəhim Abdurahmanov tələbələri və universitetin əməkdaşlarını salamladı, görüşün mahiyyətinə uyğun olaraq şirkətimizin yaranma tarixi, fəaliyyəti haqqında bir daha qısa məlumat verdi.

Ağarəhim müəllim qeyd etdi ki, öz fəaliyyətini ölkə iqtisadiyyatının inkişafı istiqamətində yönəltmək, dövlətin iqtisadi potensialını artırmaq naminə səy və bacarığını əsirgəməmək bu gün hər bir sahibkarın qarşısında duran ümdə vəzifələrdəndir. "FAB Boya və Kimya Sənayesi" MMC öz fəaliyyətini məhz bu müstəvidə qurmuşdur. Biz respublikamızın ali təhsil ocaqlarında tədris alan gənclərlə sıx əlaqələr yaratmaqla onların iqtisadi və texniki biliklərini istehsalata tətbiq etmək, eyni zamanda onların gələcək karyera işlərində əhəmiyyətli rol oynamaq məqsədini izləyirik.

Tələbələrin çoxsaylı suallarını cavablandıran Ağarəhim Abdurahmanov, gənclərlə ünsiyyətdən, həmçinin, onların bilik səviyyəsindən və təhsilə, istehsalat sahəsinə göstərdikləri maraqdan məmnun qaldığını vurğuladı.

Sonra çıxış edən “İqtisad Universitetinin "Karyera Mərkəzi"nin baş mütəxəssisi Amin Həsənov, Daxili Audit şöbəsinin əməkdaşı Əvəz Ələsgərov "FAB Boya və Kimya Sənayesi" MMC tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minntədarlığını bildirdi. Sonra Amin bəy qeyd etdi ki, bu kimi görüşlər gələcəyin gənc mütəxəssisləri olan tələbələr üçün onların əmək fəaliyyətlərinin təşkil olunmasında və karyera seçimində böyük əhəmiyyət daşıyır.

Forumu son sözlə bağlayan Ağarəhim Abdurahmanov İqtisad Universitetinin tələbə-əməkdaş heyətinə bu tədbirdə iştirak etdiyi üçün şirkətimiz adından öz təşəkkürünü bildirdi, gələcəkdə də belə əhəmiyyətli görüşlərin davam etdiriləcəyini qeyd etdi və onların, həmçinin respublikamızın başqa təhsil ocaqlarından olan gəncləri şirkətimizdə bir daha görəcəyimizə ümidvar olduğunu bildirdi.

Digər xəbər yazıları

other-news card img

I Respublika Rəng Festivalının möhtəşəm finalı.

11.06.2017

other-news card img

FAB BOYA da Novruz Şənliyi

15.03.2017

other-news card img

Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA" şirkətinin qonağıdır

13.02.2017

other-news card img

“FAB Boya” kollektivi şəhidlər xiyabanını ziyarət edib

20.01.2017