Xəbərlər
Fab Boya və Kimya Sənayesi MMC-nin Təsisçisi Anar Əliyev və Baş direktor Kənan Məhərrəmov tanınmış rəssam Nəğdəli Xəlilovun fərdi sərgisində iştirak ediblər.
14.02.2017
10 fevral 2017- ci il tarixində Fab Boya və Kimya Sənayesi MMC-nin Təsisçisi Anar Əliyev və Baş direktor Kənan Məhərrəmov tanınmış rəssam Nəğdəli Xəlilovun fərdi sərgisində iştirak ediblər. Sərgidən əvvəl Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov onları çay süfrəsinə dəvət edib səmimi söhbət etmişdir. Sərgilənən əsərlərlə tanış olan şirkətimizin rəhbərliyi rəssam N.Xəlilovu təbrik edib ona yeni yaradıcılıq uğurları arzu etmişdilər.