Xəbərlər
Bakı Mühəndislik Universitetinin magistratura I kurs və bakalavr pilləsinin III kurs tələbələri “FAB BOYA və Kimya Sənayesi MMC”-nin qonağı oldular.
16.05.2017
16.05.2017-ci il tarixində Bakı Mühəndislik Universitetinin magistratura I kurs və bakalavr pilləsinin III kurs tələbələri, başda Sənayenin Təşkili və İdarə Olunması Kafedrasının dosenti Pərviz Məmmədov , habelə Mühəndislik fakültəsinin Elmi İşləri üzrə dekan müavini Vüqar Muradov “FAB BOYA və Kimya Sənayesi MMC”-nin qonağı oldular. Şirkətimizin istehsal bölmələri, hazır məhsulun laboratoriya sınaqlarından çıxarılması, depolanması mexanizmləri və prinsipləri ilə tanış oldular. Tələbələrin çoxsaylı sualları cavablandırıldı.