Xəbərlər
24.03.2018
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İçtimai Birliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Fab Boya və Kimya Sənayesi MMC və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Rənglərin bahar təravəti” adlı dekorativ tətbiqi sənət əsərlərinin açıq hava sərgisi təşkil olundu . Dənizkənarı Milli Parkda təşkil olunacaq sərgidə altmışdan çox rəssamın əsərləri nümayiş olunacaq. Onu da qeyd edək ki, əl işləri xüsusi hazırlanmış (70 sm x 50 sm ölçüdə) yumurta maketlərinin üzərinə çəkiləçək. Sərginin məqsədi milli adət-ənənələrimizi unutmamaq, onları sevdirmək və təbliğ etməkdir. Sərgi 19- 30 mart tarixlərində davam edəcək.Gözəlliyi və qeyri-adiliyi ilə seçilən sərgi şəhərimizin sakinləri və gələn qonaqların böyük marağına səbəb olmuşdur.