Sayt üzərində təkmilləşdirmə işləri aparılır.

“FOLLMANN” şirkətinin rəhbər şəxsləri xanımları ilə birlikdə “FAB Boya”da

calendar-icon

04.10.2018

img
  • img

04.10.2018-ci il tarixində Almaniyanın “FOLLMANN” şirkətinin rəhbər şəxsləri- Dr.Valter Andreas, Dr.Yorqt Zoybert, Mark Şmitt və onların xanımları- Qalina Valter, Bricit Zoybert, Melani Best “FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Qonaqları şirkətimizin təsisçisi Anar Əliyev ilə baş direktor Kənan Məhərrəmov qarşıladılar. Görüş xoş əhval-ruhiyyədə keçdi. Qonaqlara “FAB Boya”nın fəaliyyəti, istehsal sahələri haqqında ətraflı məlumat verildi.

Dünyanın öncül kimya sənayesi şirkətlərindən sayılan “FOLLMANN” kağız və qablaşdırma üçün çap boyaları, mürəkkəb, habelə divar kağızları, texniki tekstil, ağac, kağız yapışdırıcılar üçün plastizol (maye PVC) və mikrokapsullaşdırılmış ətirlərin istehsalı ilə məşğuldur.

“FAB Boya” olaraq hörmətli qonaqlara şəxsi və işgüzar həyatlarında uğurlar arzulayırıq.

Digər xəbər yazıları

other-news card img

I Respublika Rəng Festivalının möhtəşəm finalı.

11.06.2017

other-news card img

FAB BOYA da Novruz Şənliyi

15.03.2017

other-news card img

Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA" şirkətinin qonağıdır

13.02.2017

other-news card img

“FAB Boya” kollektivi şəhidlər xiyabanını ziyarət edib

20.01.2017