Sayt üzərində təkmilləşdirmə işləri aparılır.

“ FAB Akademiyası ”nın konfrans zalında satış müdirləri və təmsilçiləri ilə görüş keçirilib.

calendar-icon

20.04.2018

img
  • img

20.04.2018- ci il tarixində “ FAB Akademiyası ”nın konfrans zalında satış müdirləri və təmsilçiləri ilə görüş keçirilib. Toplantıda “ FAB Boya və Kimya Sənayesi MMC ”-nin təsisçisi Anar Əliyev, FAB Boyalarının satış müdiri Fuad Əlişov, Bazar Araşdırma müdiri Fariz Məmmədov, satış müdirləri İntiqam Cabbarov, Əkbər İsmayılov, Ramin Şərifov, Logistika bölməsinin müdiri Əli Əliyev , Bakı şəhəri üzrə satış müdirləri Elşad Fətəliyev, Kənan Novruzov və Əvəz Əliyev iştirak ediblər. Görüşün əsas məqsədi ötən ildə qazanılan nailiyyətlərin müzakirəsi və şirkətin 2018- ci il satış strategiyasının müəyyənləşdirilməsi olub. Şirkətin təsisçisi Anar Əliyev çıxışında müştəri təlabatını qarşılamaq üçün yüksək keyfiyyətli və effektiv satış istiqamətlərinin təşkilinin vacibliyini diqqətə çatdırıb. Əsas hədəfin sadə və çevik həll vasitələri ilə satış əmsalının daha da artırılması olduğunu vurğulayıb.

Digər xəbər yazıları

other-news card img

I Respublika Rəng Festivalının möhtəşəm finalı.

11.06.2017

other-news card img

FAB BOYA da Novruz Şənliyi

15.03.2017

other-news card img

Əməkdar Mədəniyyət İşçisi Rahib Azəri "FAB BOYA" şirkətinin qonağıdır

13.02.2017

other-news card img

“FAB Boya” kollektivi şəhidlər xiyabanını ziyarət edib

20.01.2017