az ru en

Məhsullar


Boyalar

Selulozik boya verniklər

Selulozik boyalar

FAB SELLÜLOZİK PARLAQ BOYA







MƏHSUL HAQQINDA:

Nitrosellüloza əsaslı, hava qurumalı, parlaq son qat boyadır.

XÜSUSİYYƏTLƏRİ:

Tətbiq olunduğu səthlərə çox yaxşı yapışan, fiziki və kimyəvi təsirlərə qarşı dayanıqlı, solmayan son qat boyadır.

TƏTBİQİ:

Mebel sənayesində, metal və taxta səthlərdə inamla istifadə edilə bilər. FAB SELLÜLOZIK PARLAQ BOYA (158) tətbiq ediləcəyi yeni metal səthlər hər cür kir, pas və yağdan təmizləndikdən sonra FAB SİNTETİK ANTİPAS (140) və ya FAB SELLÜLOZİK ASTAR ilə astarlanmalıdır. Taxta səthlərdə yüngül sumbatalanmadan sonra düzgün bir səthin alınması üçün FAB SELLÜLOZİK DOLĞU VERNİK (157) tətbiq etmək vacibdir. Yüngül sumbatalamadan sonra FAB SELLÜLOZİK PARLAQ BOYA (158) 1:1 nisbətində FAB SELLÜLOZİK TİNER (161) ilə bircinsli olana qədər həll edilərək 20-30 dəqiqə ara ilə 2-3 qat şəklində tapança ilə vurulur. İstifadədən dərhal sonra alətlər FAB SELLÜLOZİK TİNER (161) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

1:1 nisbətində FAB SELLÜLOZİK TİNER (161) ilə incəldilməlidir.

QURUMA VAXTI:

(25°C/65% nisbi rütubətdə): Toxunma quruması: 30-40 dəqiqə.

ALIŞMA DƏRƏCƏSİ:

< 23°C

SƏRFİYYAT:

Tək qatda 30-35 mikron quru təbəqə yarada biləcək şəkildə tətbiq edilərsə 1 litr FAB SELLÜLOZİK PARLAQ BOYA (158) ilə 10-12 m² sahə boyanır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +15°C ilə +35°C arası olmalıdır. Boyanın öz temperaturu +12°C-dən az olmamalıdır. Qapalı məkanda tətbiq edildikdə məkanın rütubətliyi 65% - ən çox olmamalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22/25/36 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında və nəfəs aldıqda sağlamlığa zərərlidir. R42/43 Zərərlidir, iylədikdə və dəri ilə təmasında allergiya yarada bilər.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 23/24/25/29 Buxarını udmayın. Göz və dəri ilə təmas etdirməyin. Kanalizasiyaya atmayın. S 37/39 İşləyərkən uyğun qoruyucu eynək və maska istifadə edin. S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Kompressorun havasını düzgün quraşdırmaq lazımdır ki, bu havada nəm olmasın. Kompressorun çıxışında hava şərtləndiricisi mütləq olmalıdır, əks halda tətbiq edilmiş boyada deşiklər yarana bilər. Eyni zamanda aparatda təzyiq yüksək olduqda və ya səthə çox yaxın məsafədə boyada püskürtdükdə səthdə deşiklər yarana bilər. Səthə normadan artıq boya püskürtdükdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma şəklində görünüş əmələ gəlir. Səth həddən artıq çirkli olarsa boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texnik servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter