az ru en

Slide backgroundSpring
Slide backgroundSpring
Slide backgroundSpring
Slide backgroundCube Cube Cube Cube Say hello
  • FABKONTAKT

    Tətbiq ediləcək səth məhsulun yapışmasını əngəlləyən hər cür kir, pas və yağlardan təmizlənməlidir. Səthdəki xətalar təmir edilməlidir. Səth quru və təmiz olmalıdır. Tətbiqi: İstənilən konsistensiyaya görə 1-2% civarında su ilə aşağı dövrlü qarışdırıcı ilə qarışdırılıb hazırlanaraq rolik ilə səthə tək qat şəklində tətbiq edilir. Tətbiq zamanı FABKONTAKT müəyyən aralıqlarla qarışdırılmalıdır. Üzərinə suvaq və alçının tətbiq edilməsi üçün səth tam qurumalıdır (təxminən 24 saat)

  • FAB POLYESTER MƏCUN

    FAB POLYESTER MƏCUN dəmir, alüminium, sinklənmiş polad və daha əvvəl boyanmış olan metal səthlərə, eləcə də taxta səthlərə tətbiq edilə bilər.
    FAB POLYESTER MƏCUN tətbiqindən 20-30 dəqiqə sonra sumbatalana bilər.

  • FABKİM FUGASİL

    Mətbəx, hamam və digər bu kimi yerlərdə inamla istifadə edilə bilər. Daş, farfor, keramika və ya bişmiş gildən hazırlanmış plitə örtüklərində istifadəsi uyğundur. Qranit, mərmər və ya mozaika döşəmələrində üst səthin parlaqlığına təsir edə biləcəyinə görə istifadəsi məsləhət deyildir. Paslanmaz dəmir və ya plastik səthlərə zərər vermir.
    QABLAŞMA: 0.5lt. plastik sprey qutularında.

  • FAB MONTALAMA KÖPÜYÜ

    İstilik izolyasiyası lövhələrinin yapışdırılmasında və aralarında əmələ gələ biləcək kiçik boşluqların doldurulmasında.
    Əsasən taxta inşaat materiallarının beton, metal və bu kimi materiallara yapışdırılmasında.
    Köpüyün minimum şişməsinin tələb olundugu yerlərdə.
    Qapı və pəncərə çərçivələrinin montajı və izolyasiyasında.

  • FAB 123

    Taxta, plastik, metal, şüşə və kauçuk əsaslı səthlərdə istifadəsi uyğundur. Sürətli bərkimə tələb olunan yerlərdə FAB 123 spreyi ilə birlikdə istifadə olunmalıdır. FAB 123 spreyi ilə birlikdə istifadə edilməsi bərkimə vaxtını azaldır.

  • FAB HİDROSTOP

    Çatları olmayan, su keçirən səthlər üçün su hopmasını azaldan, kirlənməni önləyən və çiçəklənmədən qoruyan material olaraq istifadə edilir. Daş, kərpic, kirəmit, qazbeton, traverten, sement, alçı, beton, mərmər, üzlük daşı, qranit, bişmiş torpaq və bu kimi boyanmayan təbii səthlərin su keçirməzliyini təmin edir, tarixi əsərlərin səthlərini atmosferik təsirlərə qarşı qoruyur. Səth, qabarmış və tökülmüş boya və sabit olmayan dağınıq hissələrdən, çiçəklənmə, yağ və tozdan təmizlənməli, quru, boyasız və möhkəm olmalıdır. Səthdə nəm ləkələri olmamalıdır. Böyük ölçülü çatlaqlar xüsusi təmir suvağı ilə düzəldilməlidir. Donmuş, əriməkdə olan və ya 24 saat içərisində donma təhlükəsi olan səthlərə tətbiq etməyin. FABKİM HİDROSTOP 510 incəldilmədən püskürtmə, rolik və ya fırça ilə səth doyana qədər tətbiq edilməlidir. Çox əmici səthlərdə FABKİM HİDROSTOP 510, qatlar arası maksimum 4 saat gözləmək şərti ilə iki və ya üç qat şəklində tətbiq edilməlidir. Materialın axmamasına diqqət etmək lazımdır. Tətbiq zamanı ətrafa sıçrayan materialın təmizlənməsi çətin olduğuna görə şüşə səthlər, taxta və metal pəncərə və qapı çərçivələrində qoruyucu vasitə istifadə edilməlidir. Çevrədə bitkilər olduğu halda onlar selofan ilə örtülməlidir. FABKİM HİDROSTOP 510 oda və qığılcıma qarşı qorunmalıdır. İstifadə edərkən qoruyucu gözlük və əlcək taxılması məsləhətdir. Material quruyanadək yağışdan qorunmalıdır.

  • FAB SELLÜLOZİK TİNER

    Hər növ sellulozik məhsulların həlledilməsində, özəlliklə FAB sellülozik məhsullarında etibarla istifadə oluna bilər. Bundan başqa boya və lakların tətbiqində istifadə olunan alət və avadanlıqların təmizlənməsində və nitrosellüloz məhlulunun hazırlanmasında istifadə olunur. Sellülozik əsaslı bütün boya və lakların həlledilməsində lazımi miqdarda əlavə edilib qarışdırılaraq istifadə olunur. İstifadədən sonra qapağını möhkəm şəkildə bağlamaq lazımdır.

  • FAB TAVAN

    FAB TAVAN (360) binaların iç tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş tavanlarda son qat boya olaraq istifadə oluna bilər. FAB TAVAN (360) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və quru olmalıdır. Yeni tökülmüş beton tavan boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və ya alçıpan vurulmuş tavanlar əvvəlcə bir qat olaraq 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulur (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, sonra iç divar məcunu tətbiq olunmalıdır. Məcun tam quruduqdan sonra tavan yenidən 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulur. FAB BİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. FAB TAVAN (360) ilk qatı 25-30%, ikinci qatı isə 15-20% su ilə həll edilib fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq eynilə 2-ci qat kimi 3-cü qat tətbiq edilə bilər.

  • FAB SİLAN

    AB SİLAN (321) binaların çöl divarlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə və məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə son qat boya olaraq istifadə edilir. Dekorativ məqsədlər üçün iç divarlarda da istifadə edilə bilər. FAB SİLAN (321) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra FAB AKRİLİK MƏCUN (350) tətbiq olunmalıdır. FAB AKRİLİK MƏCUN (350) tam quruduqdan sonra (istənilərsə, düz səth almaq üçün divar sumbatalana bilər) divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. Tətbiqindən öncə səthin FAB SİLAN ASTAR (342) ilə astarlanması boya sərfiyyatını azaldar. FAB SİLAN (321) ilk qatda maksimum 15%, ikinci qatda isə 10% su ilə həll edilib fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur. Qatlar arası ən azı 12 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat da eynilə ikinci qat kimi tətbiq edilə bilər. Boyanın tətbiqi və quruması zamanı səth yağışdan və dondan qorunmalı, çox küləkli və birbaşa günəş şüaları altında tətbiq edilməməlidir.

  • FAB SİL

    FAB SİL (309) binaların iç divar və tavanlarında,daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə,məcun kimi alt səth hazırlığı olunmuş səthlərdə, boyanabilən divar kağızı üzərində son qat boya olaraq istifadə edilir. FAB SİL (309) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir.Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP
    (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su).Alçıpan səthlər də eyni qaydada 1:7 nisbətində su ilə həll edilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra divar sumbatalanmalı və quru bezlə silinməlidir. Daha sonra təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB SİL (309) ilk qatı 25-30%,ikinci qatı isə 15-20% su ilə həll edilibfirça və ya rolik vasitəsilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.

  • FAB PLUS

    FAB PLUS (301) binaların iç divar və tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyana bilən divar kağızı üzərində son qat boya olaraq istifadə edilir. FAB PLUS (301) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). Alçıpan səthlər də eyni qaydada 1:7 nisbətində su ilə həll edilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra (istənilərsə, düz səth almaq üçün divar sumbatalana bilər) divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB PLUS (301), ilk qatı 20-25%, ikinci qatı isə 10-15% su ilə həll edilib fırça və ya rolik vasitəsilə tətbiq edilməlidir. Qatlar arası 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.

  • FAB PLASTİK

    FAB PLASTİK (300) binaların iç divar və tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyana bilən divar kağızları üzərində son qat boya olaraq istifadə edilir. FAB PLASTİK (300) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı iç divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). Alçıpan səthlər də eyni qaydada 1:7 nisbətində su ilə həll edilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra divar sumbatalanmalı və quru bezlə silinməlidir. Daha sonra təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB PLASTİK (300), ilk qatı 20-30%, ikinci qatı isə 10-20% su ilə həll edilib fırça və ya rolik vasitəsi ilə səthə tətbiq olunur. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.

çevrəmizə
zərərsiz

natural
məhsuldan

çox
sərfəli


Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab