az ru en

Məhsullar


Boyalar

MEGA boyalar

FAB MEGA AQUA İPƏKMAT







MƏHSUL HAQQINDA:

Tək komponentli, su əsaslı, istifadəyə hazır, ipəkmat parket lakıdır

XÜSUSİYYƏTLƏRİ:

Yüksək fiziki və kimyəvi dayanıqlığa malik, taxtanın təbii rəngini və gorünüşünü qoruyan, saralmaz, qoxusuz, ekoloji təmiz, günəş işıqlarına qarşı dayanıqlı, tez quruyan, ipək mat parket lakıdır

TƏTBİQ SAHƏSİ:

Lak tətbiq ediləcək səthdə yapışdırıcının tam quruduğuna diqqət edilməlidir. Səth hər növ toz, yağ və kirdən təmizlənməlidir. Parket tam hamar olanadək sumbatalanmalı (100-120), araları və xarab yerləri talaşa və lak qarışığı və ya LİON TAXTA MƏCUNU (355) ilə doldurulmalıdır. Bundan sonra səth təkrar sumbatalanmalıdır (180-200). İdeal bir səth əldə etmək üçün daha incə sumbata kağızı (300-400) ilə sumbatalanması məsləhətdir. Sumbatalanma işi tamamlandıqdan sonra, tətbiq ediləcək səth tozdan təmizlənməlidir. Bundan sonra səthə MEGA AQUA ASTAR (446) tətbiq olunmalıdır.

TƏTBİQİ:

MEGA AQUA İPƏKMAT-ın temperaturu ilə, istifadə olunacaq mühitin temperaturu eyni olana qədər gözlənilməlidir. Laka qəti şəkildə su qatılmamalı və yaxşı qarışdırılmalıdır. Səthə 1 qat astar və ən az 2 qat MEGA AQUA İPƏKMAT tətbiq edilməlidir. Sıx hərəkətlilik olan yerlərdə və ideal bir görünüş istənilən səthlərdə 3 qat MEGA AQUA İPƏKMAT (447) tətbiq etmək məsləhətdir. MEGA AQUA ASTAR (446) tətbiq olunduqdan sonra, qurumadan (tam sərtləşmədən) və sumbata etmədən ən gec 2-3 saat ərzində MEGA AQUA İPƏKMAT-ın birinci qatı tətbiq edilməlidir. MEGA AQUA İPƏKMAT bir qat tətbiq edildikdən sonra 2-3 saat (mühitin temperaturundan asılı olaraq) gözlənilməli, daha sonra səth sumbatalanmalı (180-200) və tozdan təmizləndikdən sonra 2-ci qat tətbiq edilməlidir. Əgər MEGA AQUA İPƏKMAT (447) 3 qat tətbiq ediləcəksə 2-ci qatın tətbiqindən 2-3 saat sonra sumbatalanmalı (300-400), səth tozdan təmizlənməli və 3-cü qat tətbiq edilməlidir. MEGA AQUA İPƏKMAT DEKOR KADİFE RULO (1065) və ya fırça ilə tətbiq edilir. Alətlər istifadədən sonra su ilə təmizlənməlidir

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır

QURUMA VAXTI:

2-3 saat(25°C/65% H/R)

SƏRFİYYAT:

Tətbiq ediləcək səthdən və tətbiq edilən qatın qalınlığından asılı olaraq, tək qatda 100-120 gr/m² (8-10 m²/kg) sahə laklana bilər

QEYD:

Tətbiq ediləcək səthin temperaturu +5°C ilə 30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

1 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, birbaşa günəş şüalarının təsirindən ve dondan qorumaq şərti ilə)

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Əgər qatılıq yüksəkdirsə lak ya donmuşdur və ya 40° C-dən daha yüksək temperaturda saxlanılmışdır. Lak yaxşı qarışdırılmadan tətbiq edilərsə səthdə homojen olaraq yayılmaz və istənilən nəticəni verməz. Lak su ilə incəldilərsə eyni problem meydana gəlir. Su əsaslı lak bir başa xam taxta üzərinə tətbiq edilməlidir. Əvvəlcədən Selülozik Dolğu vernik ilə laklanmış və ya köhnə sintetik lakla laklanmış səthlərə tətbiq etmək olmaz. Belə səthlər bir başa taxtaya qədər sumbatalandıqdan sonra səth hazırlama qaydalarına əməl edərək tətbiq edilir. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter