Xəbərlər
FAB İDMAN ARENASINDA KORPORATİV RUHU GÜCLƏNDİRƏN FUTBOL QARŞILAŞMASI KEÇİRİLİB
17.06.2026
16.06.2026-cı il tarixində FAB İdman Arenasında korporativ idman ruhunu əks etdirən xüsusi futbol oyunu baş tutub. FAB və OMİD yığma komandaları arasında keçirilən qarşılaşma komandaların əzmkarlığı ilə yadda qalıb.
Hər iki komanda meydanda aktiv çıxış etsə də, FAB yığma komandası daha səmərəli oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib. Matçı FAB Şirkətlər Qrupunun təsisçisi Anar Əliyev izləyib və komandaları dəstəkləyib.
Bu tip korporativ idman tədbirləri yalnız nəticə deyil, həm də əməkdaşlar arasında əlaqələrin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və komanda birliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Digər xəbər yazıları










