Xəbərlər
YAŞAM BEYNƏLXALQ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ FABDA
02.06.2026
02.06.2026-cı il tarixində Yaşam Beynəlxalq Məktəbinin bir qrup 4-cü sinif şagirdi üçün FAB Şirkətlər Qrupunda ekskursiya təşkil olundu.
Şagirdlər şirkətimizin istehsal sahələrini gəzdilər. Məhsulların hazırlanma prosesini izlədilər. Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr haqqında məlumatlar verildi. Məktəblilər FAB Akademiyasının nəzdindəki boya emalatxanasında rəng təcrübəsi etdilər.
Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi.
Digər xəbər yazıları

















