Xəbərlər
PMD GROUP NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNUN İSTEHSAL MÜƏSSİSƏLƏRİNDƏ OLUBLAR
19.06.2026
19 iyun 2026-cı il tarixində Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC-nin bir qrup əməkdaşı FAB Şirkətlər Qrupunun istehsal müəssisələrinə tanışlıq səfəri həyata keçirib.
Səfər çərçivəsində qonaqlar FAB məhsullarının istehsal prosesi, tətbiq olunan müasir texnologiyalar, keyfiyyətə nəzarət mexanizmləri və istehsal standartları ilə yaxından tanış olublar. Nümayəndələrə müəssisələrin fəaliyyəti, məhsul çeşidləri və istehsal imkanları barədə ətraflı məlumat verilib.
Bu səfər FAB Şirkətlər Qrupu ilə “PMD Group” MMC arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Digər xəbər yazıları










