FAB BOYA YAXIN ŞƏRQ VƏ ƏRƏB ÖLKƏLƏRİNƏ İXRAC İMKANLARINI GENİŞLƏNDİRİR
calendar-icon

12.06.2026

FAB BOYA YAXIN ŞƏRQ VƏ ƏRƏB ÖLKƏLƏRİNƏ İXRAC İMKANLARINI GENİŞLƏNDİRİR
Azərbaycanın qabaqcıl inşaat məhsulları istehsalçılarından olan FAB Şirkətlər Qrupu 10–14 iyun tarixlərində Suriyanın paytaxtı Dəməşqdə keçirilən BUILDEX 2026 Beynəlxalq Tikinti və İnşaat Sərgisində iştirak edir.
Yaxın Şərq regionunun ən mühüm tikinti və yenidənqurma platformalarından biri olan BUILDEX sərgisi FAB üçün yeni tərəfdaşlıqların qurulması, məhsulların geniş auditoriyaya təqdim olunması və Yaxın Şərq, eləcə də ərəb ölkələri üzrə ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli platformadır.
BUILDEX 2026-da iştirak FAB Şirkətlər Qrupunun beynəlxalq sərgilərdə davamlı iştirak strategiyasının tərkib hissəsidir və “Made in Azerbaijan” brendinin tanıdılmasına, qeyri-neft ixracının artırılmasına yerli məhsulların qlobal bazarlara çıxışının genişləndirilməsinə töhfə verir.
FAB Şirkətlər Qrupu bundan sonra da beynəlxalq sərgilərdə fəal iştirak etməklə ixrac potensialını gücləndirməyə və Azərbaycan sənayesinin rəqabət qabiliyyətini qlobal səviyyədə nümayiş etdirməyə davam edəcək.

Digər xəbər yazıları

other-news card img

YAŞAM BEYNƏLXALQ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ FABDA

02.06.2026

other-news card img

HƏDƏF LİSEYİNİN NÖVBƏTİ ŞAGİRD QRUPU “FAB”DA

02.06.2026

other-news card img

FAB FUTBOL ÇEMPİONATI 2026-NIN İDMAN RUHU MUSİQİ İLƏ DAVAM ETDİ

27.05.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU QURBAN BAYRAMI VƏ MÜSTƏQİLLİK GÜNÜ ƏRƏFƏSİNDƏ AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM EDİB

26.05.2026