Uşaq otağı üçün boya seçərkən nələrə diqqət etməli?

15.02.2024

img
  • img

 

Aparılan araşdırmalara görə, rənglərin zehni inkişafa və yaradıcılığa, öyrənmə qabiliyyətinə təsiri var. Uşaq otağı dizaynında doğru rəng seçimi vacibdir. Bəs, rəng seçimində nələrə diqqət edilməlidir?

Cinsiyyətə görə rəng seçimi

Oğlan uşağı üçün mavi, qız uşağı üçün çəhrayı rəng etalon deyil. Uşaqlar üçün hazırladığınız məkanlarda bütün rənglər və xüsusilə qırmızı, mavi, yaşıl (əsas rənglər) rənglər bərabər şəkildə divar və əşyalara bölünməlidir. Rənglərdə tünd çalarlar da ayrıca yaradılmalıdır.

Şəxsi xüsusiyyətlər əhəmiyyətlidir

Uşaq otaqları əyləncəli, rahat, eyni zamanda, yaxşı yuxu üçün basırıq deyil, daha az əşyalı dizayn edilməməlidir. Uşaq otağı dekorasiyasında canlı rənglərdən istifadə etmək onların yaradıcılıq qabiliyyətini artırır və daxili dünyalarını üzə çıxarmağa kömək edir. Ancaq hər rəng uşağınızın şəxsiyyətinə uymaya bilər.

Duyğusal və fiziki inkişafda rənglərin rolu: 

Qırmızı: Enerji verir, xəbərdaredicidir, iştah açan bir rəngdir.

Çəhrayı: Qırmızıya nisbətən daha az təsirli rəngdir. Sakitliyi və xoşbəxtliyi təmsil edir.

Narıncı: Canlılıq, enerji və əyləncəni təmsil edir. Həzm və immunitet sisteminə təsir göstərir.

Sarı: Tarazlığı təmin edir, ilham vericidir, beyni xəbərdar edən bir rəngdir.

Mavi: Dinclik gətirir, rahatladıcı və sakitləşdiricidir, azadlığı təmsil edir.

Yaşıl: Rahatladıcı, yaradıcılığa təsir edən və güvən duyğusunu təmsil edir.

Bənövşəyi: Məsuliyyət hissi olan, istəyi və hərəkəti azaldan bir rəngdir.

Boya tərkibinə diqqət

Uşaq otaqlarında su əsaslı boyaların istifadəsi məqsədəuyğundur.  Su əsaslı boyalar divarların nəfəs almasını təmin edir. Tez quruyur və qoxusudur.

 

Digər bloq yazıları

Boyama işinə başlamazdan öncə bunları bilməkdə fayda var

15.02.2024