az ru en

Məhsullar


PVA əsaslı yapışdırıcılar

Tutkallar

FAB SUPER UNIVERSAL TUTKAL







MƏHSUL HAQQINDA:

Polivinil asetat və su əsaslı, ümumi istifadə üçün yararlı, yüksək keyfiyyətli, taxta, kağız, karton, parket, mebel sənayesində istifadə edilən, quruduqdan sonra möhkəm və elastik təbəqə yaradan, kiflənməyən, qoxusuz, yüksək yapışma gücünə malik, şəffaf yapışdırıcıdır.

TƏTBİQİ:

FAB SUPER UNIVERSAL TUTKAL (731) hər növ taxta, parket, kağız, karton yapışdırılmasında və eləcə də mebel istehsalında istifadə olunur. FAB SUPER UNIVERSAL TUTKAL (731) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənməlidir. Tutkal tətbiq olunacaq səthin kənarlarından daşacaq miqdarda sürtülməli, daşan hissələr dərhal nəmli bezlə silinməli, bir az gözlədikdən sonra yapışdırılmalıdır. Tətbiq edildikdən maksimum 10 dəqiqə sonra yapışdırma işi görülməlidir. Hər istifadədən sonra qutunun ağzı tam bağlanılmalıdır. Tutkal səthə daraqla tətbiq olunmalıdır. İstifadədən sonra alətlər su ilə təmizlənə bilər.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır.

QURUMA VAXTI:

(20°C, 65% nisbi rütubətdə): 30 dəqiqə ilə 2 saat arasıdır.

SƏRFİYYAT:

Tətbiq edilən təbəqənin qalınlığından və səthin növündən asılı olaraq 150-250qr/m2.

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +10°C ilə+30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +5°C ilə +30°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin və kölgəli yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

R 22 Udulması sağlığa zərərlidir.
S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 24/25 Göz və dəri ilə təmas etdirməyin.
S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddindən artıq soyuq və ya çox isti şəraitdə saxlanıldığını göstərir. Səth həddən artıq çirkli olarsa materialın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter