az ru en

Məhsullar







ELASTİK DƏRZ DOLĞU MATERİALI

MƏHSUL HAQQINDA:

Sement əsaslı, temperatur dəyişikliklərinə dayanıqlı, su keçirməyən elastik özəlliyə malik dərz dolğu materialı.

TƏTBİQ SAHƏSİ:

FABKIM FLEX FUGA 3-10mm binaların iç və çöl məkanların döşəmə və divar zəminlərində hər cür kafel və keramik plitələr və bu kimi materialların 3-10mm-ə qədər olan dərz aralarına doldurula bilər. FABKIM FLEX FUGA 3-10mm' in istifadə ediləcəyi zəmin toz, kir və yağdan təmizlənməli, dərz araları isə nəmli süngər ilə təmizlənməlidir.

TƏTBİQİ:

Hazırlanması: 0,26-0,33 litr təmiz suyu 1kq. FABKIM FLEX FUGA 3-10mm (26-33%) ilə qarışdırılmalıdır. Qarışığı 10 dəqiqə dinləndirmək gərəkdir. Daha sonra təkrar qarışdırılaraq istifadə edilməlidir.

SƏRFİYYAT:

Döşənəcək plitələrin ölçüsü, qalınlığı və işləniləcək dərzə əsasən dəyişir.

QEYD:

Yararlılıq müddəti: Qarışıq hazırlandıqdan sonra 1 saat ərzində istifadə olunmalıdır (zəmin və ortam temperatur 23ºC və 50% rütubətlikdə). İstifadə müddəti: 20 dəqiqə (zəmin və ortam temperatur 23ºC və 50% rütubətlikdə). İstifadəsi: istifadə olunacaq yerin temperaturu +5ºC ilə +35ºC arası olmalıdır. FABKIM FLEX FUGA 3-10mm dərz boşluqlarına şpatel ilə dairəvi hərərkətlərlə doldurun. Təmizləmə: FABKIM FLEX FUGA 3-10mm qurumağa başlar başlamaz nəmli süngər ilə plitələrin üzərindən təmizlənməlidir. Tam quruduqdan sonra sement qalıqlarını FABKIM Net ilə təmizləyin.

SAXLANMA MÜDDƏTİ:

Quru yerdə bağlaması açılmamış halda 1 ildir.

DİQQƏT: açıq məkanlarda işlərkən həddindən artıq günəş şüalarının və ya küləyin olduğu yerlərdə işləməyin. Qarışığa həddindən artıq su əlavə etməyin. Əlavə malumatı texniki kataloqdan ala bilərsiniz.

Facebook Twitter