az ru en

Məhsullar


Digər məhsullar

FABKONTAKT






XAM BETON ASTARI

MƏHSUL HAQQINDA:

Xam beton üzərinə tətbiq ediləcək alçı və sement əsaslı suvaqlardan öncə səthin yapışqanlığını artırmaq məqsədiylə istifadə edilən polimerlə modifikasiya edilmiş qətran əsaslı iç və çöl cəbhə astarıdır

XÜSUSİYYƏTLƏRİ:

Solğun qırmızı rəngli astardır. Sıxlığı 1,47±0,02 q/ml

TƏTBİQ SAHƏSİ:

Xam beton səthlərə alçı və sement əsaslı qarışımın tətbiqindən əvvəl tətbiq edilir. Xam beton səthlərdə (divar, sütun, tavan) iki tərəfli bağlayıcılığı artıran astar kimi istifadə edilir

TƏTBİQİ:

Tətbiq ediləcək səth məhsulun yapışmasını əngəlləyən hər cür kir, pas və yağlardan təmizlənməlidir. Səthdəki xətalar təmir edilməlidir. Səth quru və təmiz olmalıdır. Tətbiqi: İstənilən konsistensiyaya görə 1-2% civarında su ilə aşağı dövrlü qarışdırıcı ilə qarışdırılıb hazırlanaraq rolik ilə səthə tək qat şəklində tətbiq edilir. Tətbiq zamanı FABKONTAKT müəyyən aralıqlarla qarışdırılmalıdır. Üzərinə suvaq və alçının tətbiq edilməsi üçün səth tam qurumalıdır (təxminən 24 saat)

İNCƏLDİLMƏSİ:

Rolik ilə tətbiq edildikdə maksimum 1-2% təmiz su ilə həll edilərək tək qat olaraq tətbiq edilməsi tövsiyyə olunur

QURUMA VAXTI:

(20ºC, 65% HR-də): Son quruma – 24 saatdır (daha yüksək rütubətlilik və aşağı temperaturlarda quruma müddəti uzana bilər)

SƏRFİYYAT:

Tətbiq ediləcək səthin növünə, əmiciliyinə və strukturuna görə 1 kiloqram ilə tək qatda orta hesabla 4 m2 sahə örtülə bilər. Dəqiq sərfiyyat üçün nümunə testi keçirilə bilər

QEYD:

Tətbiq etmə temperaturu +5ºC İLƏ +30ºC olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

Açılmamış qutusunda, sərin və quru yerdə dondan və birbaşa günəş işığından qorunaraq 18 ay saxlanıla bilər. Qutunun qapağını istifadədən dərhal sonra hava keçirməyəcəyi şəkildə bağlayın

XƏBƏRDARLIQ:

Xi Qıcıqlandırıcıdır. R43: Dəri ilə təmasında həssaslıq törədə bilər

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S2: uşaqların olduğu yerlərdən uzaq tutun. S23: buxarını udmayın. S24/25: göz və dəri ilə təmasından qorunun. S37: münasib əlcək ilə istifadə edin. S46: udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter