az ru en

Məhsullar


Digər məhsullar

FAB PUR-601 TAXTA YAPIŞDIRICISI






Tək komponentli, poliuretan əsaslı taxta yapışdırıcısıdır

MƏHSUL HAQQINDA:

Tək komponentli, poliuretan əsaslı taxta yapışdırıcısıdır. Ətraf mühitdəki və taxtanın tərkibindəki nəmin köməyi ilə sərtləşir

XÜSUSİYYƏTLƏRİ:

• Mükəmməl yapışma gücünə malikdir. • Rahat istifadə edilə bilən, aşağı axıcılıq xarakterinə malikdir. • Tez bərkiyir. • Suya davamlıdır. (D4-DIN EN204). • Nəmə və bir sıra kimyəvi maddələrə dözümlüdür. • Az nəmli səthlərdə istifadə edilə bilər. • Aşağı və yüksək temperaturlarda müqavimətini itirməz

TƏTBİQ SAHƏSİ:

• Taxta materialların bir-birinə və metal, beton, polistirol köpük və digər bir çox plastik materialların yapışdırılmasında. • Mebel emalında. • Qayıq emalında. • Suya davamlılığı tələb olunan digər materialların yapışdırma işlərində

TƏTBİQİ:

5°C- dən aşağı temperaturlarda olan mühitdə istifdadə edilməməlidir. FAB PUR-601 TAXTA YAPIŞDIRICISI tətbiq ediləcək yerlər təmiz və quru olmalı, yağ və tozdan təmizlənməlidir. Yapışmanın daha möhkəm olması üçün səthlərdən ən az biri nahamar (gözənəkli) olmalıdır

QURUMA VAXTI:

FAB PUR-601 TAXTA YAPIŞDIRICISI incə təbəqə şəklində səthlərdən birinə və ya hər ikisinə çəkilməlidir. 15 dəqiqə ərzində səthlər presslənməlidir. Ən az 2 saat müddətində səthlər pressli vəziyyətdə saxlanılmalıdır. Yeni vurulmuş yapışdırıcı aseton vasitəsilə təmizlənə bilər

SAXLANMA MÜDDƏTİ:

Sərin və quru mühitdə saxlamaq şərtilə 12 aydır

XƏBƏRDARLIQ:

• Yapışdırıcı havadakı nəmin vasitəsi ilə bərkidiyinə görə, məhsulun qutusu açıldıqdan sonra saxlanma müddəti qısala bilər. İstifadədən sonra qutunun qapağı möhkəm bağlanılmalıdır. • +35°C-dən yüksək -10°C-dən aşağı temperaturlarda saxlanılarsa, saxlanma müddəti qısala bilər. Birbaşa günəş şüaları altında saxlanılmamalıdır

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

Difenilmetan -4;4 diizosianat tərkiblidir. R 36/37/38: Göz, dəri və tənəffüs sistemi üçün zərərlidir. S51: Yaxşı havalandırılmış yerlərdə istifadə edilməlidir. Əlcək vasitəsilə istifadə edilməlidir. S2: Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S23: Buxarını iyləməyin. S24/25: Gözə və dəriyə təmas etdirməyin. S26: Gözlə təmas etdikdə, tibbi yardıma müraciət edin

Facebook Twitter