az ru en

Məhsullar


Digər məhsullar

FAB PROFESSİONAL POLİURETAN KÖPÜYÜ







MƏHSUL HAQQINDA:

FAB PROFESSİONAL POLİURETAN KÖPÜYÜ xüsusi tətbiq tapancası ilə istifadə edilə bilən və poliuretan əsaslı, tək komponentli, nəmlə bərkiyən, çox məqsədli dolğu və montaj köpüyüdür. Yüksək effektlilik, təkrar istifadə edilə bilmə və daha rahat tətbiq edilmə xüsusiyyətlərinə malikdir.

XÜSUSİYYƏTLƏRİ:

• Təxmini 45 litr sərfiyyat əldə edilir • Yüksək yapışma gücünə malikdir • Yüksək akustika və izolyasiya təmin edir • Bir çox inşaat materialına rahatlıqla yapışır (polietilen, silikon, teflon səthlər, yağ və qəlib ayırırcı yerlər və bu kimi maddələrin dəydiyi yerlər xaric) • Kiflənmir, su keçirməzdir • Sərtləşmiş köpük kəsilə bilər, üstü suvaqlana və boyana bilər • Möhkəmləndikdən sonra genişlənmir • Quruduqdan sonra toksik deyildir • Həcm itgisi vermir, çökmür, korlanmır

TƏTBİQ SAHƏSİ:

• Qapı və pəncərə çərçivələrinin montajı və izolyasiyası, qapı və pəncərə çərçivələrinin divara yerləşdirilməsi və burada yaranan boşluqların doldurulmasında • Tikili boşluqlarının, böyük çatlar və dəliklərin doldurulması və izolyasiyasında • Elektrik təsisatlarının, isti və soyuq su borularının izolyasiyasında • Ümümi istifadədə, dolğu, yapışdırma və izolyasiya materialı olaraq istifadə edilir • Polietilen, polipropilen, silikon və teflon xaric bütün inşaat materiallarında yapışma təmin edir.

TƏTBİQİ:

• Tətbiq zamanı ətraf mühit temperaturu +5°C ilə +30°C arası olmalıdır. İstifadə zamanı ideal qutu və ətraf mühit temperaturu +20°C-dir. Istifadədən öncə qutunu yaxşıca çalxalayın. Təxmini 20-25 dəfə çalxalandıqda maddə homogen hala gəlir. • Qutunu başı aşağı tutaraq istifadə edin. Istifadə edərkən əlcək taxın. Tətbiq ediləcək səthlərin nəmləndirilməsi bərkimə vaxtını azaldır və yapışdırma gücünü artırır.

QEYD:

• İdeal nəticə üçün tətbiqindən öncə ən az 12 saat otaq temperaturunda saxlanılmalıdır. • Yeni sıxılmış köpük Köpük Təmizləyici ilə təmizlənə bilər. Qurumuş köpük ancaq mexaniki yollarla təmizlənə bilər. • Aşağı temperaturda tətbiq etmək köpüyün verimliliyini və bərkimə vaxtını azaldır.

SAXLANMA MÜDDƏTİ:

qutunun üzərindədir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

SAXLAMA ŞƏRAİTİ: +30°C-dən yüksək 0°C-dən aşağı temperaturda saxlanılarsa, saxlama müddəti qısala bilər. Saxlama və daşıma zamanı qutu dik tutulmalıdır. Birbaşa günəş şüaları altında saxlanılmamalıdır.

Facebook Twitter