az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, ipəkmat görünüşlü, yüksək örtücülüyə malik, silinə bilən, dekorativ son qat iç divar boyasıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB TEN (310) hər növ səthə yapışmaq qabiliyyəti olan,çatlamayan və tökülməyən,su ilə silinmə və yuyulmalara davamlı ipək mat iç divar boyasıdır. Zərbə və cızılmalara qarşı dözümlüdür.Hər fəsil asanlıqla tətbiq oluna bilər və tez quruyur. Su əsaslı olduğu üçün qoxusu yoxdur,ətraf mühitin dostudur.

TƏTBİQİ:

FAB TEN (310) binaların iç divar və tavanlarında,daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə,məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyanabilən divar kağızı üzərində yarımat son qat boya olaraq istifadə oluna bilər.FAB TEN (310) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı iç divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su).Alçıpan səthlər də eyni qaydada 1:7 nisbətində su ilə həll edilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra divar sumbatalanmalı və quru bezlə silinməlidir. Daha sonra təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB TEN (310) ilk qatı 30-35%,ikinci qatı isə 10-20% su ilə həll edilibfirça və ya rolik vasitəsilə tətbiq edilir.Qatlar arası ən azı 10 saat gözlənilməlidir.İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.

İNCƏLDİLMƏSİ:

İlk qatda 30-35%, ikinci qatda isə 10-20% su ilə həll edilməlidir.

QURUMA VAXTI:

(20°C/65%nisbi rütubətdə): 1 saat ərzində quruyur, Tam quruma 24 saatdır.

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. FAB TEN (310) ilə 7-9m² sahə boyanır. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +10°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Su bazlı boya ilə boyanmış səthlərdə kiflənmə əmələ gəlməsinin səbəbi ətrafda həddən artıq nəmin olması, divarların çöldən, tavandan və ya təməldən su alması, divarlarda istilik izolyasiyasının zəif olmasıdır. Akrilik boyaların tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, havanın küləkli olması, hazır boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsi, astardan həddən artıq istifadə edilməsidir. Səthə həddindən artıq qalın boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa və ya boya yetərincə həll edilməzsə boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Günəş işıqlarının birbaşa düşdüyü divarlara boya çəkilərsə, boya tez quruduğundan yapışması zəif olar.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter