az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Akrilik kopolimer emulsiya əsaslı, elastik, çöl cəbhə divarları üçün səth düzəltmə məcunudur.

XÜSUSİYYƏTLƏRİ:

Daha əvvəl boyanmış və qabarmış çöl səthlərin təmizlənməsiylə yaranan boşluqların doldurulmasında və mövcud xətaların yox edilməsində FAB AKRİLİK MƏCUN (350) dolğu vəzifəsini görür. Elastiklik qabiliyyəti olduğu üçün çatlaqların boya üzərinə çıxmasının qarşısını alır. Suya və nəmə qarşı dayanıqlıdır. Çox möhkəm və düz bir səth əmələ gətirir. Quruduqdan sonra uyğun astar istifadə etmək şərti ilə üzərinə hər növ boya tətbiq edilə bilər. Əmiciliyi çox az olduğu üçün boya sərfiyyatı da azdır. Səthlərin tənəffüs etməsini təmin edir. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur.

TƏTBİQİ:

FAB AKRİLİK MƏCUN (350) beton və mineral suvaqlı çöl divarlarda, köhnə boyalı, çıxıntılı səthlərin düzgün hala gətirilməsi və çatların doldurulmasında istifadə edilə bilər. FAB AKRİLİK MƏCUN (350)-un tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş və quru olmalıdır, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalıdır. Yeni suvaqlanmış səthlərdə sementin tam quruması üçün 4 həftə gözlənilməlidir. FAB AKRİLİK MƏCUN (350) tətbiq edilmədən əvvəl səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) tətbiqindən sonra 5 saat gözlənilməlidir. FAB AKRİLİK MƏCUN (350) istifadəyə hazırdır. Tam düzgün səth əldə etmək üçün FAB AKRİLİK MƏCUN (350) mala ilə 2 qat olaraq tətbiq edilir. Birinci qat tam quruduqdan sonra ikinci qat tətbiq edilə bilər.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır.

QURUMA VAXTI:

(20°C/65% nisbi rütübətdə): Toxunma quruması – 2-3 saat. Tam quruması – 24 saatdır.

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. FAB AKRİLİK MƏCUN (350) ilə 0,5-1,5m² sahə tətbiq edilə bilər. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthin temperaturu +10°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin, qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddindən artıq soyuq şəraitdə saxlanıldığını göstərir. Səth həddindən artıq kirli olarsa məcun yapışmayaraq səthdən qopa bilər. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter