az ru en

Məhsullar


Boyalar

Hammerton boyalar

FAB HAMMERTON BOYA







MƏHSUL HAQQINDA:

Stiren alkid əsaslı, çəkiclənmiş metal görünüşlü, hava qurumalı son qat boyadır. Astarlanmış və astarlanmamış metal səthlərə çox yaxşı yapışır.

XÜSUSİYYƏTLƏRİ:

Hava qurumalıdır. Parlaqlığını və canlılığını itirmir.

TƏTBİQİ:

Mədən sənayesində hər növ metal boru, əşya və avadanlıqlarda, lift kabinələrində, polad qapılarda, avtomobilin müxtəlif ehtiyyat hissələrində, kənd təsərrüfatı maşın və əl alətlərində, elektrik aksesuarlarında istifadə edilir. FAB HAMMERTON BOYA (202) tətbiq ediləcək yeni metal səthlər hər cür kir, pas və yağdan təmizlənməlidir. Tətbiq ediləcək yerdə külək və güclü hava axını olmamalıdır. Bu boya ancaq tapança ilə tətbiq olunur. Görünüşün alınması kompressorun gücündən və tapançanın istifadəsindən asılıdır. İdeal görünüş almaq üçün boyanı 2-3 atmosfer gücündə və səthdən 25-30sm. məsafədə tətbiq etmək məsləhət görülür. Boyanı istifadədən əvvəl yaxşı qarışdırın. FAB HAMMERTON BOYA (202) 10%-20% FAB SELLÜLOZİK TİNER (161) ilə incəldilməlidir. İstifadədən dərhal sonra alətlər FAB SELLÜLOZİK TİNER (161) ilə təmizlənməlidir.

İNCƏLDİLMƏSİ:

10%-20% FAB SELLULOZİK TİNER (161) ilə incəldilməlidir.

QURUMA VAXTI:

(20°C/65%nisbi rütubətdə): Toxunma quruması: 15-20 dəqiqə, toz quruması: 30 dəqiqə, tam quruma 2 saat, sərtləşmə 24 saata tamamlanır.

ALIŞMA DƏRƏCƏSİ:

<23°C.

SƏRFİYYAT:

(20°C/65%nisbi rütubətdə): Toxunma quruması: 15-20 dəqiqə, toz quruması: 30 dəqiqə, tam quruma 2 saat, sərtləşmə 24 saata tamamlanır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +10°C ilə +35°C arası olmalıdır. Qapalı məkanda tətbiq edildikdə məkanın rütubətliyi 70% - ən çox olmamalıdır.

SAXLANMA MÜDDƏTİ:

18 ay (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

R11 Tez alovlanır. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Kompressorun havasını düzgün quraşdırmaq lazımdır ki, bu havada nəm olmasın. Kompressorun çıxışında hava şərtləndiricisi mütləq olmalıdır, əks halda tətbiq edilmiş boyada deşiklər yarana bilər. Eyni zamanda aparatda təzyiq yüksək olduqda və ya səthə çox yaxın məsafədə boyanı püskürtdükdə səthdə deşiklər yarana bilər. Səthə normadan artıq boya püskürtdükdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma şəklində görünüş əmələ gəlir. Səth həddən artıq çirkli olarsa boyanın yapışmayaraq səthdən qopması müşahidə olunur. Boyanın iri və xırda açılmalarında rəng fərqi ola bilər. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texnik servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter