az ru en

Məhsullar


Boyalar

MEGA boyalar

FAB MEGA DOLĞU






Sellülozik əsaslı, hava qurumalı, tez quruyan, doldurucu lakdır

MƏHSUL HAQQINDA:

Sellülozik əsaslı, hava qurumalı, tez quruyan, doldurucu lakdır

XÜSUSİYYƏTLƏRİ:

Hər növ MDF, taxta və ya taxta ilə üzlənmiş səthlərdə boşluqları tam doldurur, son qat lak və ya boya üçün ideal səth hazırlayır, son qat lakın taxta tərəfindən hopulmasının qarşısını alır və sərfiyyatını azaldır, asan sumbatalana bilən təbəqə əmələ gətirən dolğu lakıdır

TƏTBİQİ:

MEGADOLĞU tətbiqindən əvvəl, yaxşı nəticə əldə etmək üçün, laklanacaq səthlər toz, yağ və kirdən təmizlənməli, səth quru olmalıdır. Səthlər tam hamar olanadək sumbatalanmalı, təmirə ehtiyacı olan yerlər, talaşa və lak qarışığı və ya LİON TAXTA MƏCUNU ilə doldurulmalıdır. Taxtanı kif, göbələk və taxta qurdlarına qarşı qorumaq məqsədilə, FAB MOBITEX səthə 24 saat ara ilə 1 və ya 2 qat vurulması məsləhətdir. Hər qat tətbiq edildikdən 30 dəqiqə sonra əmilməyən artıqlar tüksüz bir bez ilə silinməli və lazım olarsa səth quruduqdan sonra sumbatalanmalıdır. Sumbatalamadan sonra, səth sumbata tozundan təmizlənməlidir. Səth hazır olduqdan sonra 1 litr MEGADOLĞU ən az 50% FAB SELLÜLOZİK TİNER ilə həll edilməli və sumbatalanmış səthlərə DEKOR KADİFE RULO (1065), fırça və ya püskürtmə ilə 1 və ya 2 qat olaraq tətbiq edilməlidir. Qatlar arası 1-2 saat gözlənilməlidir. Normal şəraitdə 2-3 saatdan sonra sumbatalanacaq vəziyyətə gəlir. İstifadədən sonra alətlər FAB SELLÜLOZİK TİNER ilə təmizlənməlidir

İNCƏLDİLMƏSİ:

50% FAB SELLÜLOZİK TİNER ilə incəldilməlidir

QURUMA VAXTI:

İlk quruma 5-7 dəqiqə, toxunma quruması 20 dəqiqədir. 2-3 saat sonra sumbatalana bilər (25°C/65%nisbi rütubətdə)(25°C/65%nisbi rütubətdə)

ALIŞMA DƏRƏCƏSİ:

< 23°C

SƏRFİYYAT:

Tək qatda 1 litr MEGADOLĞU (50% incəlmiş120-150 µ yaş film qalınlığında) ilə 10-12 m² sahə laklana bilər

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə +30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 23/24/25 Buxarını udmayın. Göz və dəri ilə təmas etdirməyin. S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə olması daha soyuq şəraitdə saxlanıldığını göstərir (20°C-də depolanması uyğundur). Səthə normadan artıq dolğu çəkildikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Dolğu həddindən artıq qalın şəkildə tətbiq edildikdə dib quruması olmaz və soyulmalar yarana bilər. Səth həddən artıq kirli, yağlı və ya nəm olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR

Facebook Twitter