FAB Şirkətlər Qrupu Rusiya böyük ixracata hazırlanır
calendar-icon

02.04.2025

FAB Şirkətlər Qrupu Rusiya böyük ixracata hazırlanır

FAB Şirkətlər Qrupu Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “MosBuild 2025” beynəlxalq tikinti və inşaat materialları sərgisi çərçivəsində mühüm əməkdaşlığa imza atıb. Şirkət nümayəndələri ilə Rusiya bazarında fəaliyyət göstərən aparıcı distribütorlar arasında inşaat məhsullarının ixracına dair memarandum imzalanıb. Bu anlaşma çərçivəsində FAB Şirkətlər Qrupu Rusiya bazarında inşaat materiallarının satışını genişləndirməyi və yeni tərəfdaşlarla əlaqələri gücləndirməyi hədəfləyir.Əməkdaşlığın əsas istiqamətləri inşaat məhsullarının ixrac potensialının artırılması, Rusiya bazarında satış şəbəkəsinin genişləndirilməsindən ibarətdir.

“Mosbuild 2025” sərgisində 17 sektor üzrə 1300-dən çox brend iştirak edir. Şirkətimiz bu nüfuzlu tədbirdə “FAB Boya”, “Hill Fan” plastik məhsulları və “Neotek” elektrik kabelləri brendləri ilə təmsil olunur. Sərgi 1-4 aprel 2025-ci il tarixləri arasında davam edəcək.

Digər xəbər yazıları

other-news card img

FAB BOYALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ

07.05.2026

other-news card img

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNDA

07.05.2026

other-news card img

NEFT MÜHƏNDİSLƏRİ CƏMİYYƏTİNİN TƏLƏBƏLƏRİ “FAB”DA

28.04.2026

other-news card img

⚽ FAB FUTBOL ÇEMPİONATI 2026-NIN RƏSMİ AÇILIŞI OLDU

25.04.2026