300 №-li tam orta məktəbin bir qrup şagirdi FAB Şirkətlər qrupunda
calendar-icon

19.12.2023

300 №-li tam orta məktəbin bir qrup şagirdi FAB Şirkətlər qrupunda

FABDA BİR GÜN layihəsi çərçivəsində növbəti ekskursiya Bakı şəhəri, Binəqədi rayonu 300 nömrəli tam orta məktəb in şagirdləri üçün təşkil edildi. 18.12.2023-cü il tarixində məktəbin 5-ci sinif şagirdləri sinif rəhbəri Zenfira Babayevanın rəhbərliyi altında istehsal sahələrimizdə oldular. Şagirdlərə məhsulların hazırlanma prosesi, laboratoriyalarda aparılan təcrübələr, FAB Şirkətlər Qrupunun fəaliyyəti haqqında məlumatlar verildi. Məktəblilər FAB Boya emalatxanasında rəngli boya hazırlama təcrübəsi etdilər. Sonda iştirakçılara şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya xoş əhvali-ruhiyyədə başa çatdı.

Digər xəbər yazıları

other-news card img

FAB BOYALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ

07.05.2026

other-news card img

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNDA

07.05.2026

other-news card img

NEFT MÜHƏNDİSLƏRİ CƏMİYYƏTİNİN TƏLƏBƏLƏRİ “FAB”DA

28.04.2026

other-news card img

⚽ FAB FUTBOL ÇEMPİONATI 2026-NIN RƏSMİ AÇILIŞI OLDU

25.04.2026