300 №-li tam orta məktəbin bir qrup şagirdi FAB Şirkətlər qrupunda
calendar-icon

19.12.2023

300 №-li tam orta məktəbin bir qrup şagirdi FAB Şirkətlər qrupunda

FABDA BİR GÜN layihəsi çərçivəsində növbəti ekskursiya Bakı şəhəri, Binəqədi rayonu 300 nömrəli tam orta məktəb in şagirdləri üçün təşkil edildi. 18.12.2023-cü il tarixində məktəbin 5-ci sinif şagirdləri sinif rəhbəri Zenfira Babayevanın rəhbərliyi altında istehsal sahələrimizdə oldular. Şagirdlərə məhsulların hazırlanma prosesi, laboratoriyalarda aparılan təcrübələr, FAB Şirkətlər Qrupunun fəaliyyəti haqqında məlumatlar verildi. Məktəblilər FAB Boya emalatxanasında rəngli boya hazırlama təcrübəsi etdilər. Sonda iştirakçılara şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya xoş əhvali-ruhiyyədə başa çatdı.

Digər xəbər yazıları

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU ƏNƏNƏVİ XERİYYƏ AKSİYASINA DAVAM EDİR

29.06.2026

other-news card img

PMD GROUP NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNUN İSTEHSAL MÜƏSSİSƏLƏRİNDƏ OLUBLAR

19.06.2026

other-news card img

FAB İDMAN ARENASINDA KORPORATİV RUHU GÜCLƏNDİRƏN FUTBOL QARŞILAŞMASI KEÇİRİLİB

17.06.2026

other-news card img

FAB BOYA YAXIN ŞƏRQ VƏ ƏRƏB ÖLKƏLƏRİNƏ İXRAC İMKANLARINI GENİŞLƏNDİRİR

12.06.2026