1 İYUN MÜNASIBƏTİLƏ FAB ŞIRKƏTLƏR QRUPUNDAN ÖZƏL TƏŞƏBBÜS
calendar-icon

01.06.2025

1 İYUN MÜNASIBƏTİLƏ FAB ŞIRKƏTLƏR QRUPUNDAN ÖZƏL TƏŞƏBBÜS
28.05.2025-ci il tarixində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə FAB Şirkətlər Qrupunun bir qrup ofis əməkdaşının övladları üçün xüsusi ekskursiya təşkil olundu. Uşaqlar əvvəlcə şirkətimizin müxtəlif istehsal müəssisələrini ziyarət edərək məhsulların necə hazırlandığını izlədilər. Bu maraqlı və maarifləndirici səfər uşaqlarda həm sənaye proseslərinə, həm də valideynlərinin iş mühitinə böyük maraq oyatdı.
Ekskursiyanın ikinci mərhələsi FAB Akademiyasının konfrans zalında əyləncəli proqramla davam etdi. İnteraktiv oyunlar, hədiyyələr, şən musiqilər və sürprizlərlə dolu tədbir azyaşlı qonaqlarımızın sevincinə səbəb oldu. Daha sonra uşaqlar nahar süfrəsi arxasında bir araya gəldilər. Bu gəzinti uşaqlara sevinc bəxş etməklə yanaşı, onların gələcəyimizdəki yerini və dəyərini bir daha vurğuladı.
FAB Şirkətlər Qrupu olaraq inanırıq ki, uşaqların xoşbəxtliyi və rifahı sağlam və davamlı cəmiyyətin təməl daşı, gələcəyin ən dəyərli sərmayəsidir.

Digər xəbər yazıları

other-news card img

YAŞAM BEYNƏLXALQ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ FABDA

02.06.2026

other-news card img

HƏDƏF LİSEYİNİN NÖVBƏTİ ŞAGİRD QRUPU “FAB”DA

02.06.2026

other-news card img

FAB FUTBOL ÇEMPİONATI 2026-NIN İDMAN RUHU MUSİQİ İLƏ DAVAM ETDİ

27.05.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU QURBAN BAYRAMI VƏ MÜSTƏQİLLİK GÜNÜ ƏRƏFƏSİNDƏ AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM EDİB

26.05.2026