FAB ŞİRKƏTLƏR QRUPUNDA NÖVBƏTİ MƏNƏVİ GÖRÜŞ KEÇİRİLİB
calendar-icon

20.05.2026

 FAB ŞİRKƏTLƏR QRUPUNDA NÖVBƏTİ MƏNƏVİ GÖRÜŞ KEÇİRİLİB
19 may 2026-cı il tarixində FAB Şirkətlər Qrupunun istehsal müəssisəsində tanınmış filosof, fəlsəfə elmləri namizədi, dosent Müşfiq Ötgün ilə maarifləndirici və səmimi görüş təşkil olunub. “İş, karyera və ailədə əxlaq” mövzusuna həsr olunan görüşdə əməkdaşlarla müasir dövrdə peşəkar həyat və şəxsi həyat arasında balansın qorunması, iş mühitində etik davranış prinsipləri, eləcə də ailə dəyərlərinin insanın inkişafı, cəmiyyətə təsiri barədə geniş və dərin fikir mübadiləsi aparılıb. Dosent Müşfiq Ötgün çıxışı zamanı həyat təcrübələrinə və fəlsəfi yanaşmalarına əsaslanaraq mənəvi dəyərlərin insan həyatında formalaşdırıcı rolundan bəhs edib. Sonda FAB Şirkətlər Qrupu adından dosent Müşfiq Ötgünə görüşdə iştirakına və dəyərli töhfələrinə görə təşəkkür əlaməti olaraq plaket təqdim olunub.

Digər xəbər yazıları

other-news card img

HƏDƏF LİSEYİNİN NÖVBƏTİ ŞAGİRD QRUPU “FAB”DA

02.06.2026

other-news card img

FAB FUTBOL ÇEMPİONATI 2026-NIN İDMAN RUHU MUSİQİ İLƏ DAVAM ETDİ

27.05.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU QURBAN BAYRAMI VƏ MÜSTƏQİLLİK GÜNÜ ƏRƏFƏSİNDƏ AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM EDİB

26.05.2026

other-news card img

FAB FUTBOL ÇEMPİONATI 2026 DAVAM EDİR

19.05.2026